Bu əlamətdar gündə Kamranın hərbi yolunu, qəhrəmanlıqlarını və Vətənə bağlılığını bir daha ehtiramla yad edirik.
Kamranın hərbi yolu 2010-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbulu ilə başlayıb. Burada aldığı ilk hərbi tərbiyə onun gələcək zabitlik həyatının möhkəm təməlini qoyub. 2013-cü ildə Hərbi Akademiyaya qəbul olaraq ali hərbi təhsil alan Kamran, 2017-ci ildə leytenant rütbəsi ilə Akademiyanı fərqlənmə ilə bitirib. Elə həmin andan etibarən o, öz bilik və bacarığını real döyüş meydanında sınamaq üçün cəbhə bölgəsinə yollanıb.
Təxminən 7 ilə yaxın bir müddət ərzində o, cəbhə xəttində xidmət edərək döyüşçü ruhunu, komandirlik qabiliyyətini və Vətən sevgisini təsdiqləyib. 44 günlük Vətən müharibəsi onun hərbi karyerasının ən şərəfli səhifələrindən biridir. Kamran həmin döyüşlərdə, xüsusilə də Laçın döyüşlərində yaxından iştirak edərək torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşub.
Ancaq müharibənin ağır nəticələri onu da yan keçməyib. Döyüşlərdə aldığı ağır yaralanmaya görə Kamran ordudan sağlamlıq səbəbindən təxris olunsa da, onun Vətən qarşısındakı borcu heç vaxt bitməyib. Bu gün o, qazi kimi cəmiyyətimizin fəxri, gənc nəsil üçün canlı əfsanədir.
Əziz Kamran!
Sənin kimi igidlərin sayəsində bu gün biz rahat nəfəs alırıq. Ad günün mübarək olsun! Sənə cansağlığı, uzun ömür, firavanlıq və ailə səadəti arzulayıram. Qoy qəlbindəki Vətən eşqi heç vaxt sönməsin, yaraların tezliklə sağalsın. Unutma ki, xalqımız sənin qəhrəmanlığını hər zaman minnətdarlıqla yad edir!
Doğum günün mübarək, qəhrəman!
