Uzun illər ictimai sahədə nümunəvi fəaliyyət göstərmiş, cəmiyyətin inkişafına və vətəndaşların hüquqlarının qorunmasına böyük töhfələr vermiş Etibar Qasımov bu gün 53 yaşını qeyd edir.
Turan Dünyası Kollektivi adından Etibar Qasımova ən səmimi təbriklərimizi çatdırır, ona möhkəm sağlamlıq, xoşbəxtlik və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Uzun illər boyunca göstərdiyiniz nümunəvi ictimai fəaliyyət və yüksək peşəkarlığınız cəmiyyətimiz üçün əvəzsiz bir dəyərdir. Sizin fəaliyyətdə göstərdiyiniz səylər, həmçinin gələcək nəsillər üçün ilham mənbəyidir.
Turan Dünyası Kollektivi sizinlə qürur duyur və hər zaman fəaliyyətinizi dəstəkləməyə hazır olduğunu bildirir.
Hörmətlə,
Turan Dünyası Kollektivi
